Oğlan voleybolçulardan ibarət Rusiya milli komandası “EYOF Bakı 2019”un bürünc medalına sahib olub
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlanların voleybol yarışlarında Rusiya və Belarus komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada 3:1 (21:25, 25:16, 25:17, 28:26) hesablı qələbə qazanan Rusiya komandası bürünc medalları aktivinə yazdırıb.
Bu görüşlə eyni vaxtda qızların yarışında 5-6-cı yerlər uğrunda görüşdə Belarus voleybolçuları Almaniya təmsilçilərini məğlub ediblər - 3:1 (25:17, 25:23, 21:25, 25:18).