İDMAN
Oğlanlar arasında 800 metr məsafəyə qaçış yarışında Çexiya atleti qalib gəlib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də "EYOF 2019"un atletika yarışlarının sonuncu günündə 1500 metr məsafəyə qaçış və 2000 metr məsafəyə maneələrlə qaçış növündə mükafatçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, oğlanların 800 metr məsafəyə qaçış yarışında Çexiya atleti Yakub Davidik (1,51 dəqiqə) bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. İkinci pillədə polşalı Kristof Rozniçki (1,53 dəqiqə), üçüncü pillədə isə ispaniyalı David Karranza qərarlaşıblar.
Atletika üzrə oğlanlar arasında diskatma yarışında belaruslu Raman Kartanoviç 63,09 metr nəticə ilə qızıl medala sahib olub. Gümüş medala 59,66 metr nəticə ilə norveçli Steffen Melheim layiq görülüb. Almaniya atleti Matteo Maulana isə yarışı üçüncü pillədə bitirib.