Oğurluğa görə yaxalanmış şəxsin digər cinayət əməllərində də iştirakı müəyyən olunmuşdur
Bakı, 18 may (AZƏRTAC). Binəqədi Rayon Polis İdarəsi 4-cü Bölmə əməkdaşları mayın 4-də Elşad və Ruslan Axundov qardaşlarına məxsus “VAZ-2107” markalı avtomobillərin təkərlərini oğurlamış Binəqədi qəsəbə sakini Tofiq Paşayev yaxalanmışdır.
T.Paşayevin əməlləri ilə bağlı aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nərgiz Səfərovaya zor tətbiq edərək içərisində 1.400 manat pul və mobil telefon olan çantasını alması, Nicat Rüstəmovun evindən qızıl əşyaları, Zərövşən Ömərovanın evindən 300 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır. Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]