Oktyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
oktyabrın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və gündüz arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-14°, gündüz 16-19° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 16-18° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Gündüz əsasən yağmursuz olacaqdır. Gecə bəzi yerlərdə şimşək çağacaq, yağış yağacaq.
Temperaturun gecə 1-6°, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 10-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağış yağacağı gözlənilir, səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Arabir yağış yağacaq.
Temperaturun gecə 8-13°, gündüz 17-22° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-14°, gündüz 16-20° isti, dağlarda gecə 1-6°, gündüz 11-16° isti olacaqdır.