Oktyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-16°, gündüz 21-24° isti olacaqdır.
Bakıda gecə 14-16°, gündüz 21-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcəkdir. nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-11°, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 15-20° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman və çiskin olacaqdır.
Temperaturun gecə 13-17°, gündüz 21-26° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-16°, gündüz 21-25°, dağlarda gecə 4-9°, gündüz 15-20° isti olacağı gözlənilir.