Oktyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılır.
Temperatur gecə 10-14°, gündüz 15-20° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə 0-5°, gündüz 10-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Arabir yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-10°, gündüz 20-25° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Temperatur gecə 9-14°, gündüz 20-25° təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Gecə 12-15°, gündüz 17-22° isti, dağlarda gecə 5-10°, gündüz 8-12° isti olacaqdır.