Oktyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər bəzi yerlərdə duman olacaq, gecəyə doğru hava dəyişəcəkdir.
Temperatur gecə 14-16°, günün birinci yarısında 23-28°, axşama doğru 19-21° isti, Bakıda gecə 14-16°, günün birinci yarısında 24-26°, axşama doğru 19-21° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 763 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.
temperatur gecə 5-10°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır. Axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 0° -5°, gündüz 5-10° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-16°, gündüz 22-27° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 19-da Abşeron yarımadasında günün birinci yarısınadək atmosfer təzyiqinin aşağı enməsi, oktyabrın 20-də isə kəskin yüksəlməsi, oktyabrın 21-dək hava şəraitinin qeyri-sabit, güclü küləkli və soyuq keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.