Oktyabrın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-17°, gündüz 18-23° isti, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacaq, gündüz tədricən kəsiləcəkdir.
Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 22-27° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacaq, gündüz tədricən kəsiləcəkdir.
Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcəkdir.
Temperaturun gecə 15-17°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 2-si və 3-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən gilavar küləyi əsasən əlverişsizdir.