Oktyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 15-17°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacaqdır.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəkdir.
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəkdir.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 3° -5°, gündüz 5-8° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacaqdır.
Temperatur gecə 10-15°, gündüz 15-20° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 12-15°, gündüz 15-20° isti, dağlarda gecə 5-7°, gündüz 7-9° isti olacaqdır.