Oktyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun 8°-dək aşağı enəcəyi, yağış yağacağı gözlənilir. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun günün birinci yarısında 17-19°, günün ikinci yarısında 14°-dək, Bakıda günün birinci yarısında 17-19°, günün ikinci yarısında 14°-dək isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 17-22° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
şimşək çaxacaq, arabir yağış yağacaqdır. Bəzi yerlərdə intensivləşəcəkdir.
Temperatur gecə 4-9°, gündüz 9-13° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
şimşək çaxacaq, arabir yağış yağacaqdır.
Temperatur gecə 9-14°, gündüz 16-21° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı ehtimalı vardır. Bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 13-18° isti olacağı ehtimalı vardır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15°, gündüz 16-21° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
Rayonlarında
səhər və gecə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi və temperaturun 5-10° enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Oktyabrın 6-7-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.