Oktyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
soyuq, küləkli hava şəraiti davam edəcək, arabir yağış yağacaqdır.
Temperatur rejiminin anomal gedişi, gecə və gündüz 11-15° isti, Bakıda gecə və gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə və gündüz 4-9° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli
və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 13-18° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0°-yə yaxın olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13°, gündüz 13-18° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında
fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 14-18° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaqdır.