Oktyabrın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-12°, gündüz 12-16° isti, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacaq, arabir yağış yağacaqdır.
Temperatur gecə 7-12°, gündüz 15-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə və gündüz 3-8° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 15-19° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0°-yə yaxın olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 14-18° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında
fasilələrlə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-14°, gündüz 10-18° isti, dağlarda gecə 5-9°, gündüz 9-14° isti olacaqdır.