Oktyabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-12°, gündüz 13-16° isti, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 16-21° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 12-17° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7°-dək şaxta, gündüz 3-8° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 14-19° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 15-18° isti, dağlarda gecə 2-7°, gündüz 8-11° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 8-i gündüzdən başlayaraq Abşeron yarımadasında hava şəraitinin tədricən sabitləşəcəyi, ayın 10-dək nisbətən mülayim keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.