“OLİMPİK” ÖLKƏ FUTBOL ÇEMPİONATINDA LİDERLİYƏ YÜKSƏLMİŞDİR
Futbol üzrə ölkə çempionatının 10-cu turundan sonra liderlərin mövqeyində dəyişiklik olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu tur çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Bakı”-“Xəzər-Lənkəran” görüşü 2:2 hesabı ilə başa çatmışdır. Lənkəran komandası hesabda irəlidə olsa da, bakılılar iki top vuraraq bərabərliyi təmin edə bilmişlər.
Bu turda doğma meydanda “Simurq”un qapısından bir cavabsız top keçirən “Olimpik” isə 26 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlmişdir. Hazırda “Xəzər-Lənkəran” 24 xalla ikinci yeri tutur.
Sonuncu turda “Qarabağ” “Standard”ı 1:0 hesabı ilə məğlub etmişdir.
“Karvan” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” xal ehtiyatını 20-yə çatdıraraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmışdır.
Turun digər oyunlarında bu nəticələr qeydə alınmışdır: “Masallı” - “Gənclərbirliyi” - 6:0, “Qəbələ” - “Turan” - 2:1, “İnter” - “ABN-Bərdə” - 4:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]