Ölkə ərazisində 92 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 92 min 588 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:12]
® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır
- 28.09.2026 [13:09]