ÖLKƏMİZDƏ KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT GÖSTƏRİLİR
Son dövrdə görülən tədbirlər nəticəsində mikromaliyyələşmənin həcmi əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə artmışdır. 2002-2005-ci illərdə təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kiçik və orta biznesin inkişafına 370 milyard manat kredit ayrılmışdır. Bu vəsait nəticəsində 30 mindən artıq yeni iş yeri yaradılmışdır. Yalnız 2005-ci ildə verilmiş kreditlər hesabına açılan iş yerlərinin sayı 15 min olmuşdur.
Dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcmi də ilbəil artmaqdadır. 2006-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti təxminən 400 milyard manata çatdırılacaqdır. Bu kreditlərdən istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Fond tərəfindən yaradılmış xüsusi komitə, həm də iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsində, kreditlərin verilməsində yaranan problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.