ÖLKƏMİZDƏ ÜMUMİ DAXİLİ MƏHSULUN HƏCMİ 34,4 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ÜDM-in 70,4 faizi istehsal sahələrində, o cümlədən 56,7 faizi sənaye müəssisələrində, 8,4 faizi inşaat kompleksində, 5,3 faizi isə aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 5 faizi nəqliyyat, 6,5 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 2,5 faizi rabitə, 8,4 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.
Adambaşına orta hesabla 1233,5 manatlıq (1363,6 ABŞ dolları) məhsul istehsal olunmuşdur. Bu, keçən ilin eyni dövründəkinə nisbətən 32,8 faiz artım deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]