İQTİSADİYYAT
ÖLKƏNİN MEHMANXANA TƏSƏRRÜFATI SERTİFİKATLAŞDIRILACAQ
Gənclər, İdman və Turizm Nazirliyinin səyi ilə ölkənin mehmanxana təsərrüfatı sertifikatlaşdırılacaq və dərəcələrə bölünəcəkdir. Nazir Əbülfəz Qarayev jurnalistlərə bildirmişdir ki, bu qərarı Nazirlər Kabineti qəbul etmişdir. Mehmanxanalarda göstərilən xidmətlərin keyfiyyətinin dərəcə təsnifatına uyğun gəlməməsi problemi bir çox ölkələrdə mövcuddur. Lakin Azərbaycanda bu problem daha kəskindir. Nazirin sözlərinə görə, dünyanın heç bir yerində ölkəmizdə yayılmış beşulduzlu motel anlayışı yoxdur.
O demişdir ki, nazirliyin və Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin mütəxəssisləri mehmanxanaların dərəcələrə bölünməsi sahəsində müasir standartlarla tanış olmaq üçün Dünya Turizm Təşkilatının himayəsi ilə Sankt-Peterburqda keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər.