Ölkəyə qanunsuz yolla gətirilən məhsullar aşkarlanıb
Bakı, 31 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd “DAF”, 2 ədəd “Mercedes-Benz” və “Ford F-max” markalı yük nəqliyyat vasitələri saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.