OMBUDSMAN AVROPA ŞURASI İLƏ BİRGƏ SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili yanvarın 11-də Avropa Şurasının Qanunun Aliliyinin Gücləndirilməsi üzrə 2005-ci il üçün Əməkdaşlıq Proqramı ilə birgə “Vasitəçilik və mübahisələrin həllində digər alternativ üsullar” mövzusunda beynəlxalq seminar keçirmişdir.
Ombudsman Elmira Süleymanova və Avropa Şurasının Hüquq Məsələləri üzrə I Baş Direktorluğu xüsusi hüquq şöbəsinin inzibatçısı Jan Klaus seminarın məqsəd və məramını açıqlamışlar.
İnsan hüquqları üzrə müvəkkil “İnsan hüquq və azadlıqlarının müdafiəsində ombudsmanın statusu, rolu və fəaliyyəti” mövzusunda məruzə etmiş, müvəkkilin Konstitusiya Qanunu ilə təsbit olunmuş səlahiyyətləri çərçivəsində və vasitəçilik funksiyasından istifadə edərək insan hüquqlarının təmin edilməsi sahəsində mövcud problemlərin həllində dövlət qurumları və vətəndaş cəmiyyəti ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikası Milli Məclisi Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov “Azərbaycanda vasitəçilik və mübahisələrin həllində alternativ üsullar üzrə mövcud qanunvericilik: təcrübə və perspektivlər” mövzusunda məruzə etmişdir.
Avropa Şurasının nümayəndəsi, fransalı hakim Nathalie Riomet “Hakimiyyət orqanları və ayrı-ayrı şəxslər arasında məhkəmə çəkişmələri ilə bağlı Nazirlər Komitəsinin üzv dövlətlərə olan tövsiyələri” ilə seminar iştirakçılarını tanış etmişdir.
Avropa Şurasının ekspertləri M.Lloyd, R.Sabato və E.Laytbörn mövzu üzrə çıxışlar etmiş, müzakirələr, diskussiyalar aparmışlar.
Seminar yanvarın 12-də öz işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]