CƏMİYYƏT
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib



Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Ədliyyə, İqtisadiyyat nazirliklərinin, Vəkillər Kollegiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı ombudsman uşaqları bayram münasibətilə təbrik edib, uşaq hüquqlarının müdafiəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Müvəkkil, həmçinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində də olub, müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.