On bir ayda əlilliyi olan şəxslərə 87,7 min reabilitasiya vasitəsi verilib
Bakı, 17 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 87,7 min reabilitasiya vasitəsi verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunlardan 5,8 mini təkərli oturacaq (o cümlədən 238-i mühərrikli təkərli oturacaq), 1,8 mini aşağı və yuxarı ətraf protezi, habelə 2,1 mini eşitmə aparatı, 2,6 mini qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub. Həmin şəxslərə 3,1 min cüt protez ayaqqabı və 5,9 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.
Bu ilin 11 ayı ərzində ümumilikdə 11,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]