“Opera Euro Rapid”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə mübarizə aparacaq
Bakı, 9 fevral, AZƏRTAC
Bu gün “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir final yarışları start götürəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Niderland təmsilçisi Aniş Giri ilə pley-offun birinci oyununda mübarizə aparacaq. Dörddəbir finalın digər iştirakçıları - hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Daniil Dubov, Uesli So polşalı Yan-Kşiştof Duda, fransalı Maksim-Vaşye Laqrav ermənistanlı Levon Aronyan ilə üz-üzə gələcəklər.
Şahmatçımız turnirin seçmə mərhələsinin qrup oyunlarında mübarizə aparıb və 15 turdan 8 xal toplayaraq 7-ci yerdə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.
Şahmatçımızın seçmə mərhələsinin sonuncu - 15-ci turda prinsipial rəqibi ermənistanlı Levon Aronyanla oyunu heç-heçə ilə başa çatıb.
Turnir fevralın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır ki, onun da 30 minini qalib alacaq.
“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]