OPERA VƏ BALET TEATRI YENİ MÖVSÜMÜ AÇMAĞA HAZIRLAŞIR
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər il olduğu kimi, bu dəfə də mövsümün açılışı Üzeyir musiqi gününə həsr olunacaqdır. Teatr yeni mövsümə sentyabrın 19-da görkəmli bəstəkarın “Arşın mal alan” musiqili komediyasının tamaşası ilə başlayacaqdır. Tamaşada xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, Yaşar Nuri, əməkdar artistlər Gülyaz Məmmədova, Gülnaz İsmayılova, Gülüstan Əliyeva və başqaları çıxış edəcəklər.
Teatrda Ü.Hacıbəyovun daha bir əsərinin - “O olmasın, bu olsun” musiqili komediyasının gərgin məşqləri gedir. Dövlət sifarişi əsasında hazırlanan tamaşanın premyerası oktyabrın 7-də olacaqdır.
Tamaşaçılara sentyabr ayında 6 əsər təqdim ediləcəkdir.
Teatr bu mövsümdə də opera və balet sənəti ulduzlarının dəvət olunması ənənəsinə sadiq qalacaqdır. Qastrolçuların iştirakı ilə ilk tamaşa - “Qu gölü” baleti oktyabrda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]