Orban Trampla Floridadakı malikanəsində görüşüb
Bakı, 9 mart, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Bertalan Havaşinin məlumat verib.
Məlumata görə, onların görüşü bir saat davam edib.
Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-a səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.
Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ evə qayıtmasını arzuladığını gizlətmir. Orban ABŞ-ın keçmiş prezidentinin Ukrayna münaqişəsini həll edəcəyinə ümid bəsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]