REGİONLAR
Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən Biləv Su Elektrik Stansiyasından qidalanan 35 kilovoltluq Biləv hava elektrik verilişi xətti aparılacaq ağac budama işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar rayonun Biləv, Behrud, Parağa, Tivi, Bist, Ələhi, Xurs, Nurgüt və Nəsirvaz kəndlərində noyabrın 14-də saat 10:30-dan 12:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.