Orta məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 18 iyun, AZƏRTAC
Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisindəki tam orta məktəblərin birindən televizor, noutbuk, iki proyektor, mobil telefon, iki modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, üç mikrofon və mühafizə xidmətinin çağırış siqnalı aparatını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]