ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN BALANSINDAKI STADİONLARIN SİYAHISI TƏRTİB OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, orta ümumtəhsil məktəblərinin nəzdində olan bütün stadionların “pasportlaşdırılması” prosesinə başlanacaqdır.
Bu barədə təhsil nazirinin müavini vəzifəsini icra edən Elmar Qasımov oktyabrın 27-də AFFA-da keçirilən mətbuat konfransında bildirmişdr.
AFFA ilə birlikdə reallaşdırılacaq layihəyə əsasən, ilkin mərhələdə orta məktəblərin stadionlarının sayı, ərazisi ilə bağlı xüsusi cədvəl hazırlanacaq, sonra isə yenidən qurularaq süni örtüklə təchiz olunacaqdır.
E.Qasımov bu ildən başlayaraq, orta ümumtəhsil məktəbləri arasında futbol, ali məktəb tələbələri arasında isə futzal yarışlarının təşkil olunacağını söyləmişdir.
Tələbələr arasında futbol üzrə Azərbaycan çempionatının ilboyu keçirilməsi qərara alınmışdır.
Xatırladaq ki, bu il keçirilmiş birinci Azərbaycan çempionatı 2 ay davam etmişdir.
Futbolda kütləviliyə nail olunması, bu sahə üzrə gənc peşəkar kadrların hazırlanması məqsədi ilə uşaq - gənclər idman məktəblərində futbol bölmələrinin açılmasına xüsusi fikir veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]