Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orxan Bayramov: Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür

Orxan Bayramov: Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür

Bakı, 4 may, AZƏRTAC

Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür.

Bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Orxan Bayramov AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

- Orxan müəllim, ölkədə sahibkarların təşkilatlanması prosesi aktuallaşıb və deyərdim ki, həm də sürətlənib. Bəs, ASK iş adamları üçün nə deməkdir?

- ASK, Azərbaycanda sahibkarların birləşdiyi ən böyük ictimai təşkilatdır. Bu təşkilatın 6 mindən çox üzvü var, burada ölkənin ən böyük holdinqləri, assosiasiyaları birləşib. Bir qədər də dəqiq desək, konfederasiya həm şirkətlərin, həm də bu sahədə mövcud olan ictimai təşkilatların özünün də birləşdiyi vahid bir mərkəzdir. ASK-nın tərkibində 16 sahəvi komissiya fəaliyyət göstərir. Bu komissiyalar ətrafında fəaliyyət sferasına görə birləşən sahibkarlar və assosiasiyalardan daxil olan ilk çağırışları, təklifləri, problemlərlə bağlı şikayətləri toplayır. Müzakirələrdən sonra həmin məsələlər konfederasiyanın icra aparatına çıxarılır.

Daha sadə şəkildə desək, ASK işəgötürənlərlə dövlət arasında bir körpüdür, dialoq platformasıdır. Sirr deyil ki, bütün bizneslərdə ortaq problemlər, iqtisadi maraqların kəsişdiyi məqamlar olur. Bu problemlərin və maraqların sistemli şəkildə həmin münasibətləri tənzimləyən dövlət orqanlarına çatdırılması vacibdir. Ona görə də ASK özündə böyük ictimai faydalılıq daşıyan bir təşkilatdır. Çünki dövlət ilə özəl biznes arasında münasibətlərin tənzimlənməsində, hər iki tərəfin bir-birindən gözləntilərinin koordinasiya olunmasında əvəzsiz rola malikdir.

-Dediniz ki, ASK dövlət ilə onun iqtisadi dayağı olan biznes arasında körpüdür. Maraqlıdır, bu körpünü necə qurursunuz, bu körpünü dövlət tərəfindən hansı icra orqanı təmsil edir?

- Bəli, ASK körpüdür. Unutmayın ki, sahibkarlıq fəaliyyətinin özündə belə üçtərəfli münasibətlər birləşir: sahibkar, işçi və dövlət. Hər üç tərəfin mövqeyini müdafiə edən müvafiq qurumlar var. Bu qurumların bir araya gəlməsi və hər üç tərəfin mənafe və maraqlarının müdafiəsini təşkil etməyə imkan yaradan Baş Kollektiv Saziş mövcuddur. Sazişə əsasən, dövləti - Azərbaycan Respublikası Nazirlər Kabineti, sahibkarları - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, işçiləri isə - Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası təmsil edir. Eyni zamanda, bu Saziş çərçivəsində daimi əsaslarla, sosial-iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir. Komissiya vaxtaşırı toplaşır və dövləti burada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov təmsil edir. Bundan başqa, bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Biznes mühitinin əlverişliyinin artırılması” ilə bağlı Baş nazirin birinci müavini Yaqub Əyyubovun sədrliyi ilə komissiya fəaliyyət göstərir. Qeyd edim ki, komissiyanın 6 üzvündən biri və sahibkarların nümayəndəsi qismində ASK prezidenti Məmməd Musayev iştirak edir. Həmçinin bu yaxınlarda Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” Komissiyasında özəl sektorun, biznesin maraqlarını ASK təmsil edir.

- Ölkə daxilində fəaliyyətinizə toxunduq. Azərbaycandan kənarda necə, kimlərlə işləyirsiniz?

- ASK-nın beynəlxalq əlaqələri, təmsilçiliyi çox yüksəkdir. Təkcə bir faktı deyim ki, biz 189 üzvü olan və tarixi baxımından BMT-dən belə əvvəl yaranmış Beynəlxalq Əmək Təşkilatının üzvüyük. Həmçinin, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İpək Yolu Beynəlxalq Ticarət Palatası, Türkdilli ölkələrin Biznes Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə üzvlüyümüz və sıx əməkdaşlığımız mövcuddur. Eyni zamanda ASK, Azərbaycanda fəaliyyət göstərən bir çox dövlətlərin, səfirliklərin iqtisadi attaşeləri ilə daimi görüşlər keçirir, ixrac potensialı, investisiya imkanları ilə bağlı onların təkliflərini alır. Siyahı bununla da bitmir: Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqı, Rusiya və Ukrayna Sənayeçilər və Sahibkarlar Konqresi, Türkiyə, Rumıniya, Moldova, Gürcüstan, Yunanıstan, Macarıstan, Polşa İşəgötürənlər Assosiasiyaları və Konfederasiyaları, İran Ticarət Sənaye və Mədən Palatası ilə sıx əməkdaşlıq münasibətləri qurulub. Ölkənin ixrac potensialının gücləndirilməsi məqsədilə konfederasiyanın regional nümayəndələri ilə yanaşı, xaricdə də təmsilçiləri fəaliyyət göstərir. Hazırda Türkiyə, Gürcüstan, Ukrayna, Almaniya, İtaliya, İspaniya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Moldova, Macarıstan, Çexiya, Polşa, Rusiya, Fransa, Macarıstanda ASK-nın nümayəndəlikləri fəaliyyət göstərir.

- Qeyri-neft sektorunda çalışan ixracatçıların respublika müşavirəsi keçirildi və Prezident sahibkarların, icra strukturlarının qarşısında konkret vəzifələr qoydu. ASK-nın bu istiqamətdə rolu nədən ibarətdir?

- ASK-nın imkanları çox genişdir. Biz sahibkarların həm daxili, həm də xarici bazarda özlərinə alıcı tapmalarına çıxış imkanlarını asanlaşdıra bilirik. Buna konfederasiyanın böyük bir sahibkar ordusunu öz ətrafında birləşdirməsi və xarici tərəfdaşlarının böyük şəbəkəyə malik olması imkan verir. Hesab edirəm ki, ASK biznesdə informasiya dəhlizinin üzərində yerləşən, sahibkarlar üçün faydalı məlumatların mərkəzləşdiyi bir orqandır. Bu məlumatların arasında təbii ki, hansı ölkədə hansı məhsula daha yüksək tələbat olması, həmin sahibkarlarla əlaqə imkanları kimi qiymətli informasiyaları da var və biz bu informasiyaları öz üzvlərimizlə paylaşırıq. Qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət attaşeləri ilə görüşləri intensivləşdirmişik və bu görüşlər bizə ixrac üçün yeni məlumatlar toplamağa imkan yaradır. Həmçinin “Made in Azerbaijan” brendi almış şirkətlərin siyahısını tərtib etmişik və onların geniş təbliğatına başlamışıq. Bütün görüşlərimizdə xarici bazarlar üçün maraqlı ola biləcək şirkətlər və məhsullar haqqında məlumatları xarici həmkarlarımıza təqdim edirik. Həmçinin xarici ölkələrdə işləyən nümayəndəliklərimizin sayını artırırıq ki, coğrafi baxımdan daha böyük bazarları əhatə edə bilək. Beynəlxalq sərgilərdə və tədbirlərdə ASK-nı təmsil edən sahibkarlar arasında ixracat potensialı olan sahibkarların iştirakına daha çox önəm veririk. Yaxın zamanlarda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.

- Son iki ildə ölkədə sahibkarlıq sahəsində ciddi islahatlar həyata keçirilir. Sahibkarların, özəl biznesin qarşısında yeni hədəflər qoyulub. Bütün strukturlara artıq kəmiyyət deyil, keyfiyyət baxımından inkişaf etməyə çağırışlar səslənir. Bu islahatlar dalğası ASK-nın işində də hiss olunurmu?

- Əlbəttə, bunsuz mümkün də deyil. Azərbaycanda müasir, eyni zamanda post-neft iqtisadiyyatının qurulması prosesi sürətlənib. Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür. Bu ehtiyac həm də sahibkarların birləşdiyi ASK-da da özünü göstərir. Ona görə də kadr potensialını gücləndirməyə, sistemli işin təkmilləşdirilməsinə böyük önəm verilir. Konfederasiya üzvlərlə münasibətlərini daha sıx qurmağa, dialoqu gücləndirməyə çalışır. Hazırda sayı minlərlə olan üzvlərimizin inkişafında konfederasiyanın rolunu yüksəltməyə xidmət edəcək yeni layihələrin üzərində işləyirik. Unutmayaq ki, məhsul istehsalı və ya xidmət sferası olsun, fərq etməz, iş quran sahibkar ilk növbədə rəqabətə tab gətirən keyfiyyətli nəticə ortaya qoymalıdır. Əks halda onu sata bilməz, sata bilməzsə, deməli mövcud ola bilməz. Bu amil ASK üçün də keçərlidir. Hesab edirəm ki, konfederasiya həm dövlət-sahibkar, həm də sahibkar-işçi münasibətlərində, eləcə də beynəlxalq əlaqələrin qurulmasında daşıdığı funksiyaları keyfiyyətcə yeni müstəviyə keçirəcək və nəticədə ölkəmiz üçün daha yaxşı iqtisadi nəticələrin əldə olunmasında üzərinə düşən məsuliyyəti daha yaxşı yerinə yetirəcək. Bunun üçün dövlətin böyük dəstəyini hiss edirik.

Elə aprelin 25-də “Sahibkarlar Günü” münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ASK-nın prezidenti Məmməd Musayevin 2-ci dərəcəli “Vətənə Xidmətə görə” ordeni, vitse-prezident Vüqar Zeynalovun və ölkənin iqtisadi inkişafında səmərəli işi ilə seçilən sahibkarların “Tərəqqi” medalı ilə təltif olunması da buna bariz nümunədir. Biz də ASK olaraq, dövlət başçısına təşəkkürümüzü bildirir və bütün mükafat alanları təbrik edir, onlara biznesdə və həyatda uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb