Orxan Erdem: AZƏRTAC və Anadolu Agentliyinin çiyin-çiyinə irəliləməsi qürur doğurur
Ankara, 5 mart, AZƏRTAC
AZƏRTAC və Anadolu Agentliyi çiyin-çiyinə irəliləyir və bu, bütün türk dünyası üçün qürurvericidir. İki qardaş agentliyin yüz illik yubileyinin eyni ilə təsadüf etməsi çox sevindiricidir. Əminəm ki, hər iki agentlik bundan sonra da xalqlarımıza əzmlə xidmət edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem səsləndirib.
Ümummilli lider Heydər Əliyevin “bir millət iki dövlət” kəlamını xatırladan millət vəkili deyib: “Ölkələrimizin və xalqlarımızın firavanlığı hər birimiz üçün öndə olan məsələdir. Bu məsələlərdə informasiya siyasətinin günün tələblərinə uyğun aparılması mühüm əhəmiyyət daşıyır. Artıq yüz yaşına çatan AZƏRTAC-ın dünya informasiya məkanındakı yerini günbəgün möhkəmləndirməsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük önəmə malikdir. İstər ölkələrimizə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, istərsə də dezinformasiyaların dəf olunmasında AZƏRTAC-ın tarixi missiyası var. Bütün kollektivinizi yüz illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, işinizdə daha böyük uğurlar arzulayıram”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]