Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib
Bakı, 19 fevral, AZƏRTAC
Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 milyon manat) çox olmaqla 612 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra ortaaylıq pensiya 593 manata, o cümlədən yaşa görə ortaaylıq pensiya 632 manata çatıb.
Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:26]
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
- 08.06.2026 [12:46]
Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir
- 08.06.2026 [12:38]