Ötən gün 7,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 31 mart, AZƏRTAC
Polis əməkdaşlarının martın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 1,4 kiloqrama yaxın heroin, 6 kiloqrama yaxın marixuana, 100 qrama yaxın tiryək, 225 qramdan çox metamfetamin, 12 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:15]
Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ
- 08.10.2026 [14:57]