Ötən gün Naxçıvanda 8 yanğın hadisəsi baş verib VİDEO





Naxçıvan, 10 mart, AZƏRTAC
Ötən gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında yanğından mühafizə bölmələri tərəfindən 8 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ordubad rayon Dəstə, Aza, Şərur rayon Kərimbəyli, Zeyvə, Sərxanlı kəndlərində quru otlaq, Babək rayon Zeynəddin, Sədərək rayon Sədərək kəndlərində ot bağlamalarında, Şahbuz rayon Badamlı kəndində isə yardımçı tikilidə yanğın baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.