Ötən həftə İtaliyaya rekord sayda miqrant gedib
Bakı, 29 avqust, AZƏRTAC
Ölkəyə gələn miqrantların sayına görə rekord rəqəmlər - 3042 nəfər avqustun 26-da İtaliyada qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya görə, bu, son ayların ən böyük göstəricisidir.
Eyni zamanda, ilin əvvəlindən respublikaya dəniz yolu ilə 113,4 mindən çox, 2022-ci ildə isə eyni dövrdə (yanvar-avqust) 56 minə yaxın miqrant gəlib. Beləliklə, gələn miqrantların sayı İtaliyada bu il ötən ilə nisbətən iki dəfədən çox artıb. Müşahidəçilər istisna etmirlər ki, 2023-cü ilin sonuna qədər dəniz yolu ilə gələn miqrantların ümumi sayı 2016-cı ilin rekord göstəricisini - 180 min nəfəri keçəcək.
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani "Rai News 24" telekanalında çıxışı zamanı deyib: “Beynəlxalq vəziyyətin pisləşməsi insanları Afrikanı tərk edib Avropada yer axtarmağa sövq edir. Biz vəziyyəti nəzarət altına almaq üçün müdaxilə edirik. Vəziyyət obyektiv olaraq mürəkkəbdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]