Ötən il Dövlət Uşaq Filarmoniyası 40-dan artıq tədbirdə iştirak edib
Bakı, 16 fevral, AZƏRTAC
Ötən il Azərbaycan Dövlət Uşaq Filarmoniyası ev sahibliyi etdiyi konsert proqramları ilə yanaşı, 40-dan artıq tədbirdə iştirak edib, 80-dən çox yeni solist və 150-dən artıq kollektiv üzvünü yaradıcılıq ailəsinə cəlb edərək tərkibini daha da genişləndirib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə deyib.
O bildirib ki, Filarmoniyanın fəaliyyəti yalnız kəmiyyət göstəricilərinin artımı ilə məhdudlaşmır, eyni zamanda uşaq və yeniyetmələr üçün yaradılan imkanların keyfiyyətcə genişləndirilməsinə, onların musiqi-estetik tərbiyəsinin gücləndirilməsinə və yaradıcı özünüifadə bacarıqlarının inkişafına yönəlib.
Direktorun sözlərinə görə, Filarmoniya gələcəkdə də bu inkişaf xəttini qoruyub saxlamağı və daha da gücləndirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]