Ötən il Gürcüstanın ümumi xarici borcu 25 milyard dollar təşkil edib
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstanın ümumi xarici borcu 2024-cü ilin sonunda 25,2 milyard dollar olub, bu da son dörd rübdə ÜDM-in 74,5 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytında məlumat yerləşdirilib.
Bildirilir ki, 2024-cü ilin dördüncü rübündə ümumi xarici borc 494,7 milyon dollar, o cümlədən əməliyyat dəyişiklikləri ilə əlaqədar 217,7 milyon dollar, digər dəyişikliklər nəticəsində isə 14,6 milyon dollar artıb, məzənnə dəyişikliyi səbəbindən göstərici 780,7 milyon dollar, qiymət dəyişikliyi səbəbindən isə 18,3 milyon dollar azalıb.
Xarici borcun ümumi həcminin 10,8 milyard dollarını dövlət borcu (ÜDM-in 30,4 faizi) təşkil edir ki, bunun da 8,4 milyard dollarını dövlət öhdəlikləri, 811,6 milyon dollarını Milli Bankın öhdəlikləri, dövlət müəssisələrinin istiqrazlar və kreditlər üzrə borcları isə 1,2 milyard dollar təşkil edir.
Hesabat tarixində bank sektorunun borcu 8,3 milyard dollar, özəl müəssisələrin borcu 5 milyard dollar, şirkətlərarası borcu isə 2,7 milyard dollar təşkil edib.
Xarici valyutada borcun ümumi borcda xüsusi çəkisi 88,6 faiz təşkil edir.
Gürcüstanın xalis borcu 31 dekabr 2024-cü il tarixinə 12,3 milyard dollar (ÜDM-in 36,4 faizi), o cümlədən xalis dövlət borcu 6,4 milyard dollar (ÜDM-in 18,9 faizi) təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]