ÖTƏN İL TURİZM FƏALİYYƏTİNDƏN 6389,1 MİN MANAT GƏLİR ƏLDƏ OLUNMUŞDUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildrimişlər ki, 2005-ci ildə Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış müəssisələrin 85-i fəaliyyət göstərmişdir. İl ərzində bu müəssisələr əhaliyə 2287,9 min manatlıq 14 097 yollayış satmışdır. Bu, 2004-cü ildəkindən 1,7 dəfə artıqdır. Səyahət etmək üçün satılmış turizm yollayışların 89,2 faizi Azərbaycan, 10,8 faizi xarici ölkə vətəndaşlarının payına düşmüşdür.
İl ərzində müəssisələrin turizm fəaliyyətindən əldə etdikləri gəlirin həcmi 4,6 dəfə artaraq 6389,1 min manat, turizm fəaliyyətinə çəkilən xərclərin həcmi isə 1,9 dəfə artaraq 5455,3 min manat olmuşdur. Ötən il müəssisələr tərəfindən 50 392 turistə xidmət göstərilmişdir.