Özbəkistan Azərbaycana minik avtomobillərinin göndərilməsini bərpa edib
Daşkənd, 30 may, АZƏRTAC
Özbəkistanın “GM Uzbekistan” şirkəti Azərbaycana minik avtomobillərinin göndərilməsini bərpa edib.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə şirkət Azərbaycana son modelləri olan “R3” və “R4” avtomobillərini göndərəcək. Sonra isə digər yeni modellərin göndərilməsi də qaydaya salınacaq.
Bundan əvvəl şirkət Ukrayna, Qırğızıstan, Qazaxıstan, Belarus, Əfqanıstan və Tacikistana bu avtomobillərin göndərilməsini bərpa etmişdi.
Şirkət yaxın vaxtlarda “Chevrolet Trailblazer”, “Chevrolet Equinox” və “Chevrolet Traverse” avtomobillərinin istehsalını da nəzərdə tutur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:27]
Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb
- 18.06.2026 [12:20]
Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb
- 18.06.2026 [11:44]
İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir
- 18.06.2026 [11:41]