Özbəkistan qəzetlərində dərc olunmuş müsahibədə Azərbaycanın bu ölkə ilə əlaqələrinin inkişafından danışılır
Daşkənd, 10 aprel, АZƏRTAC
Daşkənddə özbək və rus dillərində nəşr edilən “Xalq suzi” və “Narodnoe slovo” qəzetləri və portalları Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin müsahibəsini yayıb.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın gündən-günə daha da inkişaf etdiyi bildirilir. Qeyd olunur ki, ölkələrimizi qarşılıqlı etimad telləri birləşdirir, bir-birimizi beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəkləyirik. Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və biz bundan məmnunuq.
Bildirilir ki, Azərbaycanla Özbəkistan arasındakı dostluq əlaqələrinin çoxəsrlik tarixi var. Xalqlarımızı ümumi adət-ənənələrimiz, dil, din, mədəniyyətlərin eyniliyi birləşdirir. Müsahibədə vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Özbəkistan elə bir ölkədir ki, onun iştirakı olmadan Mərkəzi Asiyada heç bir məsələ həll edilə bilməz.
Qeyd edilir ki, 2017-ci ilin yekunlarına görə, ölkələrimiz arasında mal mübadiləsi 31,2 milyon dollar olub. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 84 müəssisə işləyir, bunun 71-i birgə müəssisə, 11-i isə tam Azərbaycan kapitalı ilə fəaliyyət göstərir.
Müsahibədə Özbəkistanda son dövrlərdə həyata keçirilən islahatlar, Azərbaycan investorlarının Özbəkistan iqtisadiyyatına sərmayə qoyması, turizm sahəsində əməkdaşlıq və digər məsələlər haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]