ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA
Daşkənd və Buxara şəhərlərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktları törədilməsi barədə xəbər məni son dərəcə hiddətləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Özbəkistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.
Bu ağır anlarda biz Sizinlə birlikdə kədər içindəyik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 mart 2004-cü il.