Özbəkistan şahmatçısı sürətli şahmat üzrə ən gənc dünya çempionu olub
Daşkənd, 29 dekabr, АZƏRTAC
17 yaşlı Özbəkistan qrosmeysteri Nadirbek Abdusattarov Varşavada sürətli şahmat üzrə keçirilən dünya çempionatında dünya şahmat tarixində bu növ üzrə ən gənc çempion olub.
AZƏRTAC Özbəkistan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Nadirbek Abdusattarov Rusiya şahmatçısı Yan Nepomnyaşiyə qalib gələrək dünya şahmat tarixində bu növ üzrə ən gənc şahmatçı adını qazanıb.
Məlumatda bildirilir ki, Rusiya şahmatçısı ilə görüşdə birinci partiya heç-heçə qurtarıb. İkinci partiyada Nadirbek Abdusattarov Yan Nepomnyaşiyə 1,5-0,5 hesabı ilə qalib gələrək bu titula sahib olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]