Özbəkistan vətəndaşı: biz Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyirik
Daşkənd, 30 oktyabr, АZƏRTAC
Özbəkistan vətəndaşı Şavkat Nurmatov Azərbaycanın öz torpaqlarının böyük bir hissəsini Ermənistanın işğalından azad etməsi münasibətilə ölkəmizin Özbəkistandakı səfirliyinə elektron poçtla məktub göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Bu məktubu öz adımdan və dostlarım adından yazıram. Bu məktubla Azərbaycan xalqına hörmətimi və məhəbbətimi bildirmək istəyirəm. Biz sizin ədalətli mübarizənizi dəstəkləyirik. Sizin üçün dua edirik.
Allahın köməyi ilə azərbaycanlıların və bütün türklərin qanayan yarası sağalacaq, Qarabağ həqiqi sahibinə qayıdacaq və düşmən xar olacaq, Qarabağ Azərbaycandır!.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]