DÜNYA
Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb
Daşkənd, 14 fevral, AZƏRTAC
Özbəkistan vətəndaşı, 28 yaşlı Muradjon Kenjebaev öz təşəbbüsü ilə fərdi qaydada Çinin Quançou şəhərinə 27 min tənzif maska aparıb.
AZƏRTAC xəbər verir ki, Çində yaşayan Özbəkistan vətəndaşı 11 gün əvvəl Daşkəndə gələrək, 12 min maska alıb və Çinə qayıdıb. Dünən isə Muradjon Kenjebaev Özbəkistana qayıdaraq daha 15 min maska aparıb.
Muradjon Kenjebaev jurnalistlərə bildirib ki, o, 6 ildir Çində yaşayır və burada xarici ticarət üzrə təhsil alır, həmçinin ərəb dilini öyrənir. O, Çini ikinci Vətəni hesab edir. Tələbə kimi Çin hökumətindən təqaüd alır.
“Çinin çətin günlərində ikinci Vətən hesab etdiyim ölkəyə kiçik də olsa, kömək etmək qərarına gəldim və düşünürəm ki, ehtiyac olarsa, yenə bu istiqamətdə iş görəcəyəm”, - deyə o qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]