Özbəkistanda Çingiz Fərzəliyevin fərdi rəsm sərgisi açılacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Özbəkistan Rəssamlıq Akademiyasında Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılacaq.
Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgi, eyni zamanda, iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət edir.
Rəssamın ilk yaradıcılıq illərdən başlayaraq bu günümüzədək ərsəyə gətirdiyi əsərlərindən 40-a yaxını sərgidə nümayiş olunacaq.
Layihənin koordinatoru Könül Rəfiyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [17:23]