Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı dünən axşamdan indiyədək 63 nəfər artıb
Daşkənd, 13 aprel, АZƏRTAC
Aprelin 12-də axşam saatlarından 13-ü saat 10.00 -a olan məlumata görə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 63 nəfər artıb və 896-ya çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə bu virusdan tam sağalanların sayı 66-dır, dörd xəstə ölüb.
Bildirilir ki, xəstəliyə yeni yoluxanlar da karantində olanların hesabına artıb.
Xatırladırıq ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]