PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏFİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf iyulun 10-da Vətənə yola düşmüşdür.
Azərbaycanın və Pakistanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli oğlan və qız Pakistan rəhbərinə və onun xanımına gül dəstələri təqdim etdilər.
Pakistan Prezidenti Pərviz Müşərrəfi Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz, Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli və digər rəsmi şəxslər yola saldılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]