Azərbaycan Dövlət İnformasiya Agentliyi

PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏFİN ÇIXIŞI

- Bismillahir-rəhmanir-rəhim!

Hörmətli cənab sədr Murtuz Ələsgərov!

Hörmətli millət vəkilləri!

Burada bu gün Sizin qarşınızda çıxış etmək mənim üçün çox böyük şərəfdir. Xüsusilə Sizə minnətdaram ki, məni Milli Məclisə dəvət etmisiniz və burada Pakistanın Azərbaycanla münasibətləri və ümumilikdə dünyada cərəyan edən hadisələr haqqında sizinlə fikir mübadiləsi apara bilirəm.

Pakistanla Azərbaycan arasında xüsusi münasibətlər mövcuddur və bu münasibətlərin minilliklərlə tarixi vardır. Dinimiz, mədəniyyətimiz və ümumilikdə tarixi təcrübəmiz bizi birləşdirir və gələcək illərdə əlaqələrimizi daha da gücləndirəcəkdir. Bakının mərkəzində yerləşən Multan karvansarası bu tarixi münasibətlərin gözəl bir nümunəsidir. Bu, o zamanlar qədim İpək yolu boyunca səyahət edən tacirlər tərəfindən yaradılmış bir abidədir. Həmin İpək yolu bir daha TRASECA proqramı çərçivəsində bərpa edilir və bu, ticarət, ümumilikdə mübadilə üçün çox gözəl bir imkandır. Ümid edirik ki, Pakistan İslam Respublikası da yaxın vaxtlarda bu proqramın üzvü olacaqdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bizim ölkələrimiz arasında sıx və səmimi münasibətlər qurulmuşdur. Bu da bizim ölkələrimizi bir-birini tam şəkildə dəstəkləməsinə xidmət etmişdir. Xüsusilə də Kəşmir və Dağlıq Qarabağ problemləri kimi mühüm məsələlərdə.

Hazırda Pakistan daxili, regional, eləcə də qlobal məsələlərdə sülhün və sabitliyin tərəfdarıdır. Lakin təəssüflər olsun ki, hazırda dünyada qarışıqlıq və qeyri-sabitlik hökm sürməkdədir. Üçüncü minilliyin başlanğıcında biz dünyada münaqişə ilə sabitliyin toqquşmasının şahidi oluruq. Təəssüflər olsun ki, siyasi məsələlərdə siyasi həll yollarının zəruriliyini hiss edib buna nail olmurlar. Əksinə, buna dini və mədəni aspektlər əlavə edilir. Hazırda Qərblə Şərq arasında, Qərblə İslam dünyası arasında müəyyən bir parçalanma mövcuddur. Hər bir adam da bunu özünün mühüm maraqlarına zidd olan bir amil kimi dəyərləndirir.

Bu gün biz artıq sivilizasiyaların toqquşmaları haqqında danışırıq. Biz hazırda dünyada sülhü, harmoniyanı və sabitliyi təşviq etməliyik və bunun üçün də əlimizdən gələni etməliyik. Pakistanla Azərbaycan maarifçiliyin önündə gedən ölkələrdən olduğu üçün bu sahədə mühüm töhfəsini verməlidirlər.

Bizim qarşımızda bir çox çağırışlar və problemlər durmaqdadır və biz dünyanı münaqişələrdən xilas edərək, onu sülh və sabitliyə gətirməliyik. Əks halda, bu dünya tamamilə xaosa bürünəcəkdir. Hazırda biz ötən əsrin siyasi mirasları ilə mübarizə aparırıq. Eyni zamanda da, XXI əsrin yeni çağırışları ilə üz-üzəyik. Bunlar bir tərəfdən qloballaşma, qarşılıqlı asılılıq, ticarət siyasəti, yoxsulluğun aradan qaldırılması, maarifləndirmə, digər tərəfdən isə beynəlxalq terrorizm, sivlizasiyaların toqquşması və azadlıq uğrunda mübarizədir.

Təəssüflər olsun ki, hazırda İslam dünyası qarşısında böyük problemlər durmaqdadır və sanki, İslam dünyası böyük bir fırtına əsnasındadır. Çox təəssüflü bir haldır ki, hazırda xarici işğal altında olan ərazilərin çoxu müsəlmanlara məxsusdur. Buraya Fələstin, Kəşmir və Dağlıq Qarabağ məsələləri daxildir və on illərlə davam edən münaqişələrdə heç bir ümid işığı görünmür. Təəssüflər olsun ki, hazırda İslam dünyada düzgün qəbul edilmir və bu da öz növbəsində, müxtəlif problemlər yaradır. Bir çox ölkələr müsəlman dövlətlərini terrorizmin himayədarları kimi qələmə verirlər, müsəlmanlar ayrı-seçkiliyə məruz qalırlar. Bunun müqabilində İslam dünyası özünü qabarıq şəkildə büruzə verir və bunlar da ekstremizmlə nəticələnir. Bu gün İslam dünyasının qurbanları məhz İslam ölkələrində yaşayan qardaş vətəndaşlardır və sırf şəkildə azadlıq uğrunda mübarizə kimi başlayan hərəkatlar daha sonra terrorçuların əlinə keçir, onlar da bundan öz çirkin əməllərinə nail olmaq üçün istifadə edirlər. Ən təəssüfedici hal odur ki, bu gün terrorizm müsəlman ölkələrinin nüfuzuna xələl gətirir. Nəticədə isə hər il yüzlərlə, bəlkə də, minlərlə müsəlman terrorçuların düşündüyü cihadın qurbanı olur. Bunun nəticəsində də müsəlman ölkələrinin iqtisadiyyatına əvəzolunmaz ziyan dəyir. Hazırda terrorçuların tətbiq etdiyi praktikalar yəni, terrorçuluq, maşın bombaları, başların kəsilməsi və sair kimi çirkin əməllər heç də İslam tərəfindən qəbul edilmir və bunlar heç bir şəkildə cihad adlandırıla bilməz.

Çünki onlar dinimizin gözəl adına xələl gətirirlər. Bu gün onlar bizim cəmiyyətlərimizi girov saxlayırlar. Onlar bunu dərk etməlidirlər ki, bununla İslam dünyasının problemlərini heç cür həll edə bilməzlər. Əksinə, problemləri daha da çətinləşdirirlər. Bu fürsətdən istifadə edərək, mən onlara müraciət edir, onları düzgün yola dəvət edirəm, İslam ümmətinin qarşısında duran problemləri düzgün şəkildə həll etməyə çağırıram. Hesab edirəm ki, biz əl-ələ verib qarşıda duran bütün məsələlərimizi həll etməliyik, yolunu azmış bütün insanları yenidən doğru yola dəvət etməliyik.

Hörmətli millət vəkilləri!

Aydın məsələdir ki, bu gün dünya ekstremizm və terrorçuluqla mübarizə aparmaqla yanaşı, müsəlman dünyasının adını bərpa etməlidir və mənim fikrimcə, burada cavab iki məsələdən ibarət olacaqdır. Bu, mənim təklif etdiyim liberal maarifçilik strategiyasıdır ki, bunun da iki hissəsi vardır. Strategiyanın bir hissəsi müsəlman ölkələri dünyası tərəfindən həyata keçirilməlidir. Bu, o ölkələrdir ki, militarizmi və ektremizmi özlərinə məqsəd seçiblər. Bunun əvəzində onlar ictimai və iqtisadi inkişafa nail olmalıdırlar, öz xalqlarını firavanlığa gətirib çıxarmalıdırlar. Strategiyanın ikinci hissəsi isə Qərb dünyasına, xüsusilə də ABŞ-a ünvanlanıb. Onlar müsəlmanların qarışdığı bütün siyasi münaqişələri ədalətli şəkildə həll etsinlər və müsəlman dünyasının iqtisadi, ictimai inkişafına yardım göstərsinlər.

Zənnimcə, bu, yeganə mümkün olan bir strategiyadır ki, burada heç bir uduzan tərəf olmayacaqdır. Biz dünyanı, xüsusilə də müsəlman dünyasını ekstremizmdən və terrorçuluqdan azad edirik, bütün siyasi münaqişələri həll edirik. Bunun müqabilində onilliklərlə davam edəcək tərəqqi və firavanlığa nail olacağıq.

Srategiyamızın müsəlmanlara aid olan hissəsini icra etmək üçün biz İslam Konfransı Təşkilatı çərçivəsində müəyyən çatışmazlıqları görürük. Hazırda təşkilatın strukturu onun heç də XXI əsrin çağırışlarına cavab vermək iqtidarında olmadığını göstərir. Bu da təklif etdiyim liberal maarifçilik strategiyasının mühüm bir hissəsidir. İKT çərçivəsində islahatlar aparılmalı və o dünyada özünəməxsus bir yer tutmalıdır. Bunun üçün də ictimai və iqtisadi inkişaf əldə edilməlidir ki, İslam ümməti dünyada öz həqiqi yerini tuta bilsin. Mən çox məmnunam ki, İKT-nin Kuala-Lumpurda keçirilən zirvə toplantısında təklif etdiyim liberal maarifçilik ideyası dəstəklənmişdir və orada islahatların zəruriliyi vurğulanmışdır. Biz hesab edirik ki, mötəbər insanlardan ibarət bir qrup yaradılmalıdır ki, onlar İKT-də bütün zəruri islahatlara dair öz tövsiyələrini versinlər.

Hörmətli deputatlar!

İslam ümmətinin çox böyük təbii ehtiyatları vardır, böyük var-dövlətə malik olan bir dünyadır. Hazırda bizim iqtisadi və ictimai inkişafımız üçün bütün insani potensiallar mövcuddur. Bizim çatışmazlığımız təkcə ondadır ki, təşkilatçılığımız yoxdur və kollektiv şəkildə səylərimizi bir araya gətirib, İslam ümmətinin inkişafına xidmət edəcək iradə nümayiş etdirə bilmirik. Bu gün bütün İslam ölkələrinin rəhbərliyi gələcək nəsillər naminə öz səylərini birləşdirməlidirlər.

Burada biz siyasi münaqişələrin həll edilməsindən danışırıq və təəssüflər olsun ki, bu münaqişələrin bir çox cəbhələri açıqdır və bu cəbhələri artıq bağlamaq lazımdır. Fələstin münaqişəsi yalnız ədalətli şəkildə həll edilə bilər ki, bütün müsəlman dünyası bunun şahidi ola bilsin. Pakistanın mövqeyi ondan ibarətdir ki, İsrail dövləti reallıqla barışıb, özünün 1967-ci il sərhədlərinə geri dönməlidir. Bu, eyni zamanda, Fələstin dövlətinin yaradılması ilə nəticələnəcək və bu dövlət İsraillə sülh və harmoniya şəraitində yaşayacaqdır. Bu mümkün olsa, dünya ekstremizmin, terrorizmin kökünü kəsə biləcəkdir. Əks halda, yəni status-kvo davam etsə, heç bir çıxış yolu olmayacaqdır. Kəşmir məsələsi on illərlə davam edən bir məsələdir. Biz çox məmnunuq ki, həmin məsələnin sülhsevər xarakteri Pakistan, Hindistan, eləcə də Kəşmir əhalisi tərəfindən qəbul olunur. Biz inanırıq ki, mövcud olan səmimilik, maksimalist mövqelərdən mümkün qədər çəkinmək, eyni zamanda, ekstremist düşüncələrə qarşı cəsarətli çıxışlar bu məsələnin həllinə gətirib çıxaracaqdır. Bu da, öz növbəsində, narahat olan Cənubi Asiya regionunda əbədi sülhün bərqərar olmasına xidmət edəcəkdir. Məsələnin həlli, eyni zamanda, militarizmin və ekstremizmin köklərinin kəsilməsinə səbəb olacaqdır. Burada iki kanaldan istifadə olunması - birincisi, etimad yaradan tədbirlərin görülməsi, ikincisi isə, dialoq prosesinin həyata keçirilməsi Hindistan və Pakistan tərəfindən qəbul edilir ki, bu da, öz növbəsində, Cənubi Asiya regionunda yoxsulluq içərisində yaşayan insanların sosial-iqtisadi inkişafına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, mən Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına minnətdarlıq edirəm ki, onlar öz kəşmirli qardaşlarını daim qəti şəkildə dəstəkləmişlər. Sizin daimi olan birmənalı dəstəyiniz Pakistan və Kəşmir xalqı üçün hər zaman ilham mənbəyi olmuşdur.

Zati-aliləri, biz hesab edirik ki, Azərbaycan özünün işğal edilmiş bütün ərazilərini, o cümlədən Dağlıq Qarabağ üzərində öz idarəçiliyini, nəzarətini bərpa etməlidir. Sizi əmin etmək istərdim ki, Pakistan hökuməti və xalqı bundan sonra da daim Azərbaycanın yanında olacaq və bu məsələnin ədalətli şəkildə həll edilməsi üçün bütün səylərini əsirgəməyəcəkdir.

Bunu da türkcə söyləmək istəyirəm. Dağlıq Qarabağ məsələsində Pakistan hökuməti və hər bir pakistanlı hər zaman Azərbaycanla olacaqdır.

Xanımlar və cənablar!

Burada mən Əfqanıstan məsələsinə toxunmaq istərdim. Qeyd etmək istərdim ki, Əfqanıstanın suverenliyi və ərazi bütövlüyünə hörmət hazırda ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Biz tezliklə Əfqanıstanın sülh və sabitlik şəraitində yaşamasının tərəfdarıyıq. Bu gün Pakistan bu prosesin tərəfdarıdır və eyni zamanda, milli barışıq və ölkənin bərpa edilməsi istiqamətində Prezident Kərzainin tətbiq etdiyi səyləri tamamilə dəstəkləyir. Loyya cirgə tərəfindən hazırlanmış Konstitusiyanın meydana gəlməsini də biz dəstəkləyirik, çünki bu Konstitusiya nəticəsində ölkədə demokratiya və davamlı inkişaf bərqərar olacaqdır. Eyni zamanda, ümidvarıq ki, bu Konstitusiyanın həyata keçirilməsi nəticəsində tezliklə bütün xarici qüvvələr Əfqanıstan ərazisini tərk edəcəklər. Pakistan Əfqanıstanın inkişafında çox maraqlıdır və hazırda biz bu ölkəyə bərpa işləri üçün yüz milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayırmışıq. Pakistan, eyni zamanda, minlərlə əfqan qaçqınını öz ərazisində yerləşdirir və ümidvardır ki, tezliklə bu qaçqınlar öz vətənlərinə dönəcəklər.

Xanımlar və cənablar!

Mən hesab edirəm ki, İraqın gələcəyi məsələsinə beynəlxalq yanaşma mövcud olmalıdır və bunun nəticəsində İraq özünün siyasi müstəqilliyini və suverenliyini bərpa etməlidir. Eyni zamanda, İraq xalqı özünün gələcəyini müəyyən etmək iqtidarında olmalıdır və özünün təbii ehtiyatlarını istədiyi şəkildə sərf etmək hüququna malik olmalıdır.

Ölkədə siyasi sabitliyin təmin edilməsi prosesində İraq xalqı yaxından iştirak etməli, bu proses BMT çərçivəsində həyata keçirilməlidir. Biz İraqda prezident Qazi əl-Yavər və Baş nazir Əyyad Əllavinin rəhbərliyi altında yaradılmış keçid hökumətini tamamilə dəstəkləyirik. Biz ümidvarıq ki, İraq öz siyasi keçidini, demokratik bir cəmiyyətə keçidini sülh şəraitində təmin edəcəkdir. Çox şadıq ki, bu sahədə Azərbaycan və Pakistan eyni mövqedən çıxış edir.

Xanımlar və cənablar!

Mən hesab edirəm ki, Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də səylərini intensivləşdirməli, gücləndirməlidirlər. EKO çox mühüm alətdir, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edən bir qurumdur. Hazırda Azərbaycan və Pakistan özlərinin coğrafi-strateji mövqeyinə görə çox mühüm bir mərkəz rolu oynaya bilər və dəniz çıxışı olmayan Mərkəzi Asiya ölkələri də bizim ərazilərdən istifadə edərək, Avropaya və Uzaq Şərqə də çıxa bilərlər. Hesab edirəm ki, çox sürətli iqtisadi və demokratik inkişafa malik olan Pakistan və Azərbaycan bu baxımdan öz səylərini əsirgəməməlidirlər.

Təəssüflər olsun ki, öz potensialına baxmayaraq, hazırda EKO qarşısında duran və regionun iqtisadi inteqrasiyasına nail olmaq barədə nizamnaməsində əks etdirilən məqsədinə heç də çatmayıbdır. Bu da o deməkdir ki, təşkilat terrorizm və narkotik maddələrin qaçaqmalçılığı kimi problemlərlə heç də səmərəli şəkildə mübarizə apara bilmir. Bu gün EKO çərçivəsində də islahatlar aparılmalıdır ki, o regionda iqtisadi inteqrasiyanın təmin olunmasında öz mühüm rolunu yerinə yetirsin. Biz Azərbaycanla bir yerdə çalışacağıq ki, bu sahədə qurumun səmərəliliyini artıraq.

Xanımlar və cənablar!

İcazənizlə, mən qısa şəkildə münasibətlərimizin iqtisadi aspektinə də toxunmaq istərdim. Təəssüflər olsun ki, Pakistanla Azərbaycan arasında olan iqtisadi münasibətlər heç də bizim yüksək səviyyədə olan siyasi münasibətlərimizə uyğun deyildir. Mən hesab edirəm ki, bu sahədə ölkələrimiz arasında ikitərəfli sıx iqtisadi əməkdaşlıq həyata keçirilməlidir. Xatırlatmaq istərdim ki, iyulun 8-də mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə çox səmərəli görüş keçirmişəm. Biz belə bir razılığa gəldik ki, diqqətimizi qarşılıqlı maraq doğuran sahələrə yönəldək və daha sonra da iqtisadi və ticarət sahəsində əməkdaşlığımızı genişləndirək.

Çox xoş bir haldır ki, mənim səfərim ərəfəsində Bakıda Pakistan-Azərbaycan birgə iqtisadi komissiyasının nazirlər səviyyəsində toplantısı keçirilmişdir. Bu da çox mühümdür ki, ölkələrimiz arasında mövcud olan ikitərəfli sazişlər və qərarlar birgə iqtisadi komissiya çərçivəsində həyata keçirilsin, faydalı iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etsin.

Mən çıxışımı bu sözlərlə bitirmək istərdim ki, biz əminik, ümidvarıq ki, dost Azərbaycan xalqı gələcəkdə də inkişaf edəcək və biz onun tərəqqisi və firavanlığı naminə daim dualar edəcəyik. Bir də onu vurğulamaq istərdim ki, biz mövcud olan dostluq və əməkdaşlıq əlaqələrimizi yeni səviyyəyə və gələcəkdə qardaşlıq səviyyəsinə çatdırmaq istəyirik.

Yaşasın Pakistan-Azərbaycan dostluğu, qardaşlığı!

X X X

Milli Məclisin sədri MURTUZ ƏLƏSGƏROV Pakistan Prezidenti Pərviz Müşərrəfə dərin məzmunlu və maraq doğuran çıxışına görə parlamentin deputatları və öz adından minnətdarlığını bildirərək dedi:

-Zati-aliləri, hörmətli cənab Prezident!

Siz öz çıxışınızda Pakistanla Azərbaycan arasında dostluq münasibətləri və əməkdaşlığın daha da möhkəmləndirilməsi məramını bir daha bəyan etdiniz. Eyni zamanda, dünyada baş verən münaqişələrin sülh yolu ilə ədalətli həlli, terrorizmin qarşısının alınması, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində bir sıra maraqlı fikirlər söylədiniz. Münaqişəli məsələlərin həllindən danışarkən, o cümlədən Dağlıq Qarabağ məsələsinin ədalətli həlli haqqında söylədiyiniz fikirlərə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Cənab Prezident!

Azərbaycan xalqı, Azərbaycan dövləti, ali qanunverici orqan olan Milli Məclis Pakistan dövlətinin, Pakistan hökumətinin, şəxsən Pakistan Prezidentinin bu cür mövqeyini yüksək qiymətləndirir. Əmin olduğumu bildirmək istərdim ki, Sizin Azərbaycana səfəriniz, apardığınız danışıqlar, imzalanmış sənədlər iki dost ölkə - Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Bir daha Sizə öz dərin təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib