Pakistanda avtobus qəzasında 14 nəfər həlak olub
Bakı, 13 noyabr, AZƏRTAC
Pakistanda toy məclisinə gedən avtobusun çaya düşməsi azı 14 nəfərin həlak olması ilə nəticələnib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində, həmçinin 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 10 nəfər isə itkin düşüb. Yaralılar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Hadisə Pakistanın şimalındakı Gilgit-Baltistan əyalətində baş verib. Polisin məlumatına görə, qəzaya avtobus sürücüsünün döngədə idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Pakistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Bu, əsasən əyalətlərdə yol örtüyünün pis vəziyyətdə olması və bir çox hallarda yol hərəkəti qaydalarına əməl edilməməsi səbəbindən baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]