Pakistanda daşqınlar son iki gündə 31 nəfərin həyatına son qoyub
Bakı, 2 sentyabr, AZƏRTAC
Pakistanda son günlər güclü yağışlar səbəbindən baş verən daşqınlar 31 nəfərin həyatına son qoyub, 26 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Şərqi Pəncab əyalətində qeydə alınıb - 25 nəfər. Şimal-qərbi Xayber-Paxtunxva əyalətində dörd nəfər, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin və Kəşmir bölgəsinin hər birində isə bir nəfər həyatını itirib.
Ölkənin meteorologiya xidmətinin proqnozuna görə, bölgədə leysan yağışları hələ bir neçə gün davam edəcək ki, bu da daşqın və torpaq sürüşməsi riskini artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]