Pakistanda toqquşmalar zamanı 4 nəfər ölüb, 250 nəfər yaralanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Hüquq mühafizə orqanları İslamabadda dini fəalların oturaq aksiyasını dağıtdıqdan sonra Pakistanı kortəbii aksiyalar bürüyüb.
AZƏRTAC xəbər verir ki, Geo TV telekanalının şənbə günü yaydığı məlumata görə, polislə iştirakçılar arasında toqquşmalar zamanı hər iki tərəfdən artıq 250 nəfər yaralanıb, 4 nəfər ölüb. Asayiş keşikçiləri nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qaz işlədib.
Vəziyyəti nəzarətdə saxlamaq məqsədilə özəl telekanalların yayımlanması müvəqqəti dayandırılıb, habelə populyar sosial şəbəkələrin əksəriyyəti blokadaya alınıb. Paytaxta əlavə polis və ordu qüvvələri yeridilib.
Ölkədə vəziyyət gərgin olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]